Arda Turan Hollandiya millisinə qarşı oynamayacaq

Arda Turan Hollandiya millisinə qarşı oynamayacaq
DÜNYA FUTBOLU 17 Noyabr 2014 / 11:16 3663
-  A +

Türkiyə millisi "Avro-2016"nın seçmə mərhələsində Hollandiyaya qarşı matça ciddi itki ilə çıxacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı futbolçusu Arda Turan sözügedən qarşılaşmada oynamayacaq. Buna səbəb onun Qazaxıstana qarşı matçda sarı vərəqə limitini doldurmasıdır.

Qeyd edək ki, Türkiyə və Hollandiya milli komandaları arasında oyun gələn il, martın 28-i keçiriləcək.


Son xəbərlər
topaz banner