"İstefa haqda düşünmürəm" - Prandelli

"İstefa haqda düşünmürəm" - Prandelli
DÜNYA FUTBOLU 5 Noyabr 2014 / 03:10 4904
-  A +

“Bu cür məğlubiyyətə  layiq deyildik. İstanbuldakı  oyundan sonra çox çalışmışdıq, oyuna yaxşı hazırlaşmışıdıq. Ancaq gözləmədiyim məğlubiyyətlə üzləşdik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Çezare Prandelli Dortmund “Borussiya”sına məğlub olduqları oyundan (1:4) sonra keçirdiyi mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis azarkeşlərin onun ünvnına  istefa şüarları səsləndirməsinə də münasibət bildirib: “Bu oyunda bütün gücümüzü ortaya qoyduq. Bilirəm, səhvlərimiz də var. İşimizə davam edirik. İstefa haqda düşünmürəm”.

Prandelli qeyd edib ki, əsas hədəfləri superliqanın qalibi olmaqdır: "Ötən mövümslə müqayisədə hazırki heyətimiz zəifdir. Onsuz da əsas hədəfimiz superliqanın qalibi olmaqdır”.

Son xəbərlər