Cüneyt Çakır “Bavariya”nın oyununa təyinat aldı

Cüneyt Çakır “Bavariya”nın oyununa təyinat aldı
DÜNYA FUTBOLU 3 Noyabr 2014 / 14:52 3599
-  A +

Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına növbəti dəfə təyinat alıb.

Qol.Az-ın Türkiyə Futbol Federasiyasının (TFF) saytına istinadən yaydığı xəbərə görə, o, E qrupunun "Bavariya" - "Roma" matçını idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək.

Qeyd edək ki, "Bavariya" - "Roma" noyabrın 5-i, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, bundan əvvəl C.Çakır ÇL-də "Şaxtyor" - "Portu" və "Atletik" - "Napoli" oyunlarının baş hakimi olub


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə