Falkao derbidə oynayacaqmı?

Falkao derbidə oynayacaqmı?
DÜNYA FUTBOLU 31 Oktyabr 2014 / 21:04 4037
-  A +

"Mançester Yunayted"in futbolçusu Radamel Falkao İngiltərə Premyer Liqasında "Mançester Siti"yə qarşı matçda oynamayacaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb kolumbiyalı hücumçunun zədəsinin sağalmamasıdır.

Əvəzində isə Runinin derbidə oynayacağı dəqiqləşib.

Qeyd edək ki, "Mançester Yunayted" - "Mançester Siti" qarşılaşması noyabrın 2-i keçiriləcək.


Son xəbərlər