Buffon 500-ə çatdı

Buffon 500-ə çatdı
DÜNYA FUTBOLU 30 Oktyabr 2014 / 13:04 2810
-  A +

İtaliya A seriyasında "Genua"ya qarşı matç "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 37 yaşlı qolkiper bu matçla "Yuventus"da 500-ci oyununa çıxıb.

Qeyd edək ki, "Genua" - "Yuventus" qarşılaşması birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, C.Buffon 2001-ci ildən "Yuventus"un şərəfini qoruyur.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu