“Simurq”la oyunda imkanlarından aşağı səviyyədə çıxış edən və bu səbəbdən baş məşqçi Coko Haciyevski tərəfindən qeyri-rəsmi şəkildə cəzalanan “Bakı”nın braziliyalı hücumçusu Felipe Almeyda Feliksin cəzası davam edir. Qol.Az-ın əldə etdiyi məlumata görə, braziliyalı futbolçu bu gün Premyer Liqanın ikinci turundan təxirə salınan oyunda - “Standard”la matçda da meydana çıxamayacaq. Feliksin adı ümumiyyətlə, oyunun iştirak ərizəsinə daxil edilməyəcək. Çünki Feliks komandanın dünəndən etibarən başlayan oyunqabağı təlim-məşq toplanışından da kənarda qalıb.
Xatırladaq ki, Feliks baş məşqçi tərəfindən cəzalandırıldığı üçün əvvəlcə Lənkərana aparılmamış, daha sonra isə “Olimpik-Şüvəlan”la oyunda heyətdən kənar qalmışdı.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video