Almaniyanın “Berlin” nəşrinin apardığı araşdırma nəticəsində bəlli olub ki, bu ölkədən olan futbol mütəxəssisləri ölkə xaricindəki fəaliyyətlərində o qədər də böyük uğura nail ola bilməyiblər. Yeganə istisna kimi Otto Rehagel və Bernd Şusterin adları çəkilib. Qol.Az-ın məlumatına görə, almaniyalı jurnalistlər Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsu isə uğursuzlar sırasına daxil ediblər. “Tarix göstərir ki, Foqts yalnız Almaniyada çalışarkən müəyyən uğurlar qazana bilib. Təsadüfi deyil ki, Berti bir müddət Şotlandiyada və Nigeriyada işləsə də, heç bir uğur qazana bilmədi. Əksinə, hər iki ölkədən qovuldu. Hazırda Azərbaycan millisinin başında olsa da, yenə eyni uğursuzluqlar davam edir. Hazırda onun komandası cəmi 1 xal toplayıb və sona iki tur qalmış sonuncu pillədə qərarlaşıb. Azərbaycanlılar 8 oyuna cəmi 1 qol vurublar ki, yerli fanatlar bunu həzm edə bilmirlər. Əslində, Bertinin Almaniyadan kənarda uğur qazana bilməməsi çox sadədir. O, Almaniyaya bağlı insandır. Futbolçu kimi də karyerasının böyük hissəsini burada keçirib. O, kənar yerdə qala bilmir. İmkan tapan kimi qaçıb vətənə gəlir. Odur ki, getdiyi ölkələrdə də uğur qazana bilmir” – deyə “Berlin” nəşri bildirib.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video