Bakının AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov futbolçu kimi uzun müddət çıxış etdiyi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Fransa "Sent Etyen"i ilə keçirəcəyi debüt matçı barədə danışıb.
43 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında keçmiş komandasından qələbə gözlədiyini bildirib.
O deyib: "Allah köməkləri olsun. Sabah "Qarabağ"dan qələbə gözləyirəm. Komandanın göstərdiyi oyunlar belə düşünməyə əsas verir. İnanıram ki, bizi, Azərbaycan xalqını sevindirəcəklər. "Qarabağ" son illər Avroliqanın "pley-off"una qədər irəliləyirdi, bu dəfə, nəhayət, qrupa düşdülər. Gözəl oyun nümayiş etdirirlər, Allahın köməkliyi ilə sabah da qalib gələcəklər".
"Qarabağ" "Sent Etyen"lə oyun öncəsi son oyununu məhz AZAL-a qarşı keçirib və böyük hesabla qalib gəlib - 3:0. T.Əhmədov "AZAL-a qarşı sərgilənən oyunla və həmin heyətlə Fransa təmsilçisini yenmək olarmı?" sualını belə cavablandırıb: "Son turda bizimlə oynamaqlarına baxmayaraq, Qurban Qurbanovun sabah hansı futbolçulara güvənəcəyini, hansı taktikaya üstünlük verəcəyini deyə bilmərəm. Amma hesab edirəm ki, oyun üslubu tam fərqli olacaq. Çünki "Sent Etyen" AZAL deyil, AZAL da "Sent Etyen".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sent Etyen" matçı saat 21:00-da başlanacaq.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi