"Qarabağ"ın əvvəlki avrokubok oyunlarında da media sektoruna bilet satılmasına dair xəbərlərə rast gəlinib. Dünən üzə çıxan fakt isə belə bir halın həqiqətən də mövcudluğunu sübuta yetirir.
"Qarabağ"ın Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu üçün Tofiq Bəhramov adına Respublika stadionunun media sektoruna bilet satışı faktı üzə çıxıb.
Qol.Az-ın xəbərinə görə, bilet 30 manata satılırmış. “Qarabağ” klubu həmin biletin nüsxəsini saytımıza təqdim edib.
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov isə sportnet.az saytına bildirib ki, stadionun kassası önündə "qara bazar"dakılardan müxtəlif sektorlara, o cümlədən, jurnalistlər üçün nəzərdə tutulan yerlərə bilet satmaq istəyənlər ələ keçirilib. Müəyyən edilib ki, həmin biletlər saxtadır və qeyri-qanuni yolla satışa çıxıb.
Bu və digər hallarla əlaqədar ötən gün Respublika stadionunda "Qarabağ" və Bakının Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə toplantı keçirilib. İsmayılovun sözlərinə görə, iclasda qərara alınıb ki, media sektoruna giriş yalnız "becik"lə olsun.
Əslində media sektoru üçün bilet heç bir halda satıla bilməz. Amma "Qarabağ"ın əvvəlki avrokubok oyunlarında da media sektoruna bilet satılmasına dair xəbərlərə rast gəlinib. Dünən üzə çıxan fakt isə belə bir halın həqiqətən də mövcudluğunu sübuta yetirir.
Məlumatı klubun mətbuat katibi Nurlan İbrahimov da təsdiqləyib. O, bildirib ki, media sektoruna 2 bilet satmaq istəyənlər yaxalanıb.
Qeyd edək ki, Respublika stadionunda media sektoru 600 nəfərlikdir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi