"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri haqda danışıb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan portuqaliyalı mütəxəssis çox çətin qrupa düşdüklərini bildirib:
"Çox çətin qrupa düşmüşük. Hərçənd çoxları belə düşünmür. "Sportinq" Portuqaliyanın ən güclü üç klubundan biridir. "Şalke" ötən mövsümlə müqayisədə xeyli artırıb. "Maribor"un oyununu hələ görməmişəm. Onlarla gec qarşılaşacağıq, ancaq ümumilikdə qrupdakı oyunlarımız asan keçməyək. Çempionlar Liqasının ilk dörd matçından sonra Premyer Liqada "Mançester Siti", "Arsenal", "Mançester Yunayted" və "Liverpul"la qarşılaşacağıq. Bu mənada bizi çətin imtahan gözləyir".
Qeyd edək ki, "Çelsi" G qrupunda "Şalke" (Almaniya), "Sportinq" (Portuqaliya) və "Maribor" (Sloveniya) klubları ilə mübarizə aparacaq.
Qavi geri dönür
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi