“Xəzər Lənkəran”ın futbolçusu Rəşad Sadiqov Premyer Liqada “Neftçi” ilə dünənki oyundan sonra müsahibə verib. Müsahibəni təqdim edirik.
- Oyun haqda nə deyə bilərsən?
- Gərgin oyun alındı. “Xəzər Lənkəran”la “Neftçi” arasındakı oyunlar həmişə belə keçir. Matçın əvvəlində hesabda geri düşdük. Lakin sonradan əla fürsət qazandıq. Həm penalti vururduq, həm də rəqib azlıqda qaldı. Amma penaltidənm yararlana bilmədik. Halbuki həmin epizodda qol olsaydı, matçın nəticəsi tam fərqli olacaqdı. İkinci hissədə də hücumlarımızı davam etdirdik. 5-6 qol epizodumuz da oldu. Amma onlardan yararlana bilmədik.
- Penaltinin qaçırılması komandaya psixoloji cəhətdən təsir etdi?
- Əlbəttə, bu məqamın böyük təsiri oldu. Həmin anda hesabı bərabərləşdirsəydik, ikinci yarıda tam fərqli oyun gedəcəkdi. Təəssüf ki, o cür şansdan yararlana bilmədik.
- Penaltini niyə məhz Qalin İvanov yerinə yetirdi?
- Bu, baş məşqçinin qərarı idi.
- Yəni, əvvəldən belə bir qərar qəbul edilmişdi?
- Bəli. Deyilmişdi ki, penalti olsa, o yerinə yetirəcək.
- “Xəzər Lənkəran”ın heyətində ilk dəfə olaraq “Neftçi”yə qarşı oynadın. Hansı hisslər keçirirdin?
- Qeyri-adi heç nə hiss eləmirdim. Mənim üçün rəqibin kimliyi önəm daşımır. Hər oyunda komandamın uğurunda pay sahibi olmaq istəyirəm.
- Amma azarkeşlər demək olar ki, topa hər toxunuşunu uğultuyla qarşılayırdılar...
- Buna da normal yanaşıram. Azarkeşlərə fikir vermirdim. Onların rəqib futbolçunu fitə basması normal haldır.
- “Xəzər Lənkəran”ın heyətində ikinci hücumçunun olmaması öz sözünü dedi. Əgər Oğuz Çətin ikinci yarıda meydana başqa bir hücumçu buraxsaydı, komandanın qol vurmaq şansı bəlkə də daha çox olardı. Bu fikirlə razısan?
- Bu sualı mənə yox, baş məşqçiyə versəniz daha yaxşı olar. Həm də kənardan daha yaxşı görsənir. Mənim nəsə deməyim düz çıxmaz. Bəlkə də bu söhbətlər məğlubiyyətdən irəli gəlir. Qələbə qazansaydıq, belə söhbətlər olmayacaqdı.
- 5 turdan sonra “Xəzər Lənkəran”ın aktivində cəmi 4 xal var. Razısan ki, çempionluğa oynayan komanda üçün bu, çox pis nəticədir?
- Əlbəttə, razıyam. Belə vəziyyətə düşdüyümüz üçün özümüz də təəssüflənirik. Amma toparlanmaq lazımdı. Mütləq növbəti oyunlarda bu vəziyyəti düzəltməliyik. Əslində, indi aktivimizdə 4 yox, 10 xal olmalıydı. Lakin əvvəlki oyunlarda heç nədən xal itirdik. Şansızlıq yaşadıq. İnanıram ki, tezliklə bu vəziyyətdən çıxacağıq.
Mənbə: futbolxeber.az
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu
Kralsayağı qarşılanma: 100 min insan, coşan şahzadə - Video
“Vestri” “Qarabağ”la oyundan qabaq 5 qolla uduzdu
“Qarabağ” azarkeşlərə müraciət etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Netflix" Mourinyo haqqında sənədli serial yayımlayacaq
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"