"Qarabağ" - "Sent-Etyen" matçının biletləri satışa çıxarılır

"Qarabağ" - "Sent-Etyen" matçının biletləri satışa çıxarılır
XƏBƏR 13 Sentyabr 2014 / 19:13 4059
-  A +

Avropa Liqasının qrup mərhələsində sentabrın 18-i keçiriləcək "Qarabağ" - "Sent-Etyen" matçının biletləri sabah satışa çıxarılacaq.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, oyununun biletlərini sabah saat 9:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkün olacaq.

Qeyd edək ki, adi sektorlar üçün biletin qiyməti 1 və 5 manat, VİP sektorlar üçün isə 50 manat təşkil edir.


Son xəbərlər