"Borussiya"nın daha bir futbolçusu sıradan çıxdı

"Borussiya"nın daha bir futbolçusu sıradan çıxdı
XƏBƏR 11 Sentyabr 2014 / 15:47 2866
-  A +

"Borussiya" (Dortmund) klubunun daha bir futbolçusu sıradan çıxıb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisində Nuri Şahin və Marko Roysun ardından Yakub Blaşikovski də zədələnib.

Ötən ilin yanvar ayında çarpaz bağları qopan futbolçunun uzun fasilədən sonra bu həftə yaşıl meydanlara qayıtmağı planlaşdırırdı. Lakin dünənki məşqi yarımçıq buraxan 29 yaşlı futbolçunun arxa əzələsində yırtıq aşkar edilib. Blaşikovskinin 4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, polşalı futbolçu 2007-ci ildə "Visla"dan "Borussiya"ya transfer olunub.


Son xəbərlər