Almaniya mətbuatı Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Rusiyanın «Zenit» klubunu çalışdıracağı ilə bağlı söhbəti yenidən gündəmə gətirib. Qol.Az-ın məlumatına görə, almaniyalı həmkarlarımız oktyabrın 14-də Bakıda baş tutacaq dünya çempionatının Azərbaycan - Rusiya seçmə qrup matçının millimizin baş məşqçisi vəzifəsində Berti Foqts üçün sonuncu ola biləcəyini yazıb. "Hətta tərəflər Azərbaycan - Rusiya qarşılaşmasından sonra müqavilənin şərtlərini birlikdə müzakirə edəcəklər və böyük ehtimalla almaniyalı Bakıdan birbaşa Sankt-Peterburqa yollanaraq ruslarla rəsmi müqaviləyə imza atacaq"- deyə qəzət yazıb. Maraqlıdır ki, Rusiya tərəfi hələ ki, bu məsələ ilə bağlı heç bir şərh verməyib. “Zenit” rəhbərliyi məsələni nə təsdiq, nə də təkzib edib. Amma deyilənə görə, kllubun prezidenti Aleksandr Dyukov növbəti mövsümdən etibarən komandasını əcnəbi mütəxəssisin çalışdıracağına dair açıqlama verib. Lakin ad açıqlamayıb.
Rusiya klubu hazırda yerli mütəxəssis olan Anatoli Davıdovun rəhbərliyi altında Rusiya Premyer Liqasındakı çıxışlarını davam etdirir və komanda hazırda 34 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Klub artıq çempionluq şansını itirib. Qeyd edək ki, Almaniya mətbuatı bir müddət öncə, yəni hollandiyalı Dik Advokatın istefasından dərhal sonra da Foqtsun “Zenit”ə keçəcəyinə dair informasiyalar yaymışdı.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi