Sosial şəbəkələrdə AFFA-nın səhifəsi fəaliyyətə başlayır

Sosial şəbəkələrdə AFFA-nın səhifəsi fəaliyyətə başlayır
XƏBƏR 18 Avqust 2014 / 18:19 2442
-  A +

Bu gündən etibarən “Facebook”, “İnstagram” sosial şəbəkələri və “Youtube” portalında AFFA-nın səhifəsi fəaliyyətə başlayacaq.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə səhifələrin aktivləşdirilməsi AFFA-nın onlayn fəaliyyətinin daha da genişləndirilməsinə şərait yaradacaq.

Məqsəd Azərbaycan futbolu ilə bağlı müxtəlif maraqlı məlumatların, foto və videoların sosial şəbəkə istifadəçilərinə çatdırılması, sosial şəbəkələrdə və "youtube"da futbolumuzun təbliğatının gücləndirilməsidir.

Aşağıdakı linklərə daxil olmaqla futbolumuzla bağlı xəbərləri izləyə bilərsiniz:

Facebook:www.facebook.com/affaazerbaijan
İnstagram:instagram.com/affa_official/ və ya Login: affa_official
Youtube: www.youtube.com/channel/UCg7NCyD6GdgJFT7yAsUGGGg




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər