Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Zalsburq” – “Qarabağ” qarşılaşması öncəsi keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Adi Hütter fikirlərini bildirib.
Qol.Az “Zalsburq”un rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı mütəxəssis cavab görüşünün onlar üçün çətin keçəcəyini deyib:
“Aydın məsələdir ki, bizim qarşımızda çətin bir tapşırıq var. Çünki biz turu keçmək üçün mütləq qalib gəlməliyik. Bakıdakı oyunla müqayisədə fərqli çıxış etməliyik. İlk görüşdə buraxdığımız səhvlərdən nəticə çıxarmışıq”.
Hütter komandasının gücünə arxayın olduğunu və sona qədər hücum futbolu oynayacaqlarını bidirib: “Komandam 90 dəqiqə hücum etmək gücündədir. Buna fiziki gücümüz imkan verir. Oyun baxımından da üstün səviyyədəyik. Yəqin ki, “Qarabağ” hesabı qorumağa çalışacaq. Biz isə qol vurmaq üçün sona qədər mübarizə aparacağıq”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"