Foqtsun hərtərəfli istedadına hətta məşhur rus rejissoru Mark Zaxarov və mərhum Oleq Yankovskiy də həsəd apara bilərdi. Baron Münhauzen demişkən: “Dünyada bütün səfehliklər, ağıllı simayla görülür”.
2004-cü ildən etibarən Azərbaycan futbolunun dahi kombunatorları futbolumuzun rejissorasını ələ aldı. Ölkə futbolunun əvəzolunmaz menecerləri, futzal üzrə məsləhətçiləri dövlət vəsaitinin sərfindən başqa, heç bir sahədə uğur qazana bilmədilər.
İkinci hissədə hadisələr qıssametrajlı süjeti gürcüsayağı dəst- xəttlə getdi. Çünki bütün bu məsələlərin baş ideoloqu və boz kardinalı Gürcüstanda “vacib tapşırıq”lar yerinə yetirir. Bu yaxınlarda, futbol ictimaiyyətinə sevindirici bir xəbər yayıldı. “Dahi kombinator” yay ezamiyyətini ABŞ-da başa vuraraq, yeni Hollivud ideyaları ilə geri dönüb. Bakıya dəvət olunmazdan öncə Foqts, alman kinomatoqrafında bir neçə kiçik həcmli rollarda çəkilmişdir. Onun kiçik pişik balası ilə olan epizodik rolu yaddaşlardan uzun müddət silinməyəcək. Çünki o istedad və bacarığını bu rolda nümayiş etdirmişdi. Hətta dahi Lui De Fenes də bu rolda belə məharətlə oynaya bilməzdi. Elə ilk müsahibəsində Foqts, həmkarları Lippert və Gedenin timsalında söz verdilər ki Azərbaycan futbolunu və federasiyasını Baron Münhauzen özü və atını tək əllə xilas etdiyi kimi, futbolumuza çarə qılıb, mövcud bataqlıqdan qurtaracaq. O çimərlik futbolçuları və böyük futboldakıları birləşdirərək bir vahid yaratdı. Ona qədər bu heç kimin ağlına gəlməmişdir. İki milyon avro, üstəgəl... müqabilində o milliyə 1 xal qazandırdı. Premyer Liqanın üçüncü turu təxirə salındı. Sonradan hamı bir ağızdan deyəcək ki, futbolçular oyun praktikasının azlığından əziyyət çəkir.
“Gülümsəyin cənablar, gülümsəyin”
Sizin hamınızı böyük foksçu ilə böyük “uğurlar” gözləyir. Foqts getdi, sirk qaldı. Anşlaq gözləyin.
Nail Əliyev
“Molla Nəsrəddin”in yerlisi və idealarının davamçısı
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı