Kaxaber Sxadadze: “Çox möhkəm məyus olmuşam”

Kaxaber Sxadadze: “Çox möhkəm məyus olmuşam”
ÖLKƏ FUTBOLU 4 İyul 2014 / 12:19 4898
-  A +

Bakı “İnter”inin baç məşqçisi Kaxaber Sxadadze Avropa Liqasının birinci təsnifat mərhələsində Moldovada “Tiraspol”a 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.Az-ın sportbox.az saytına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, matçın bu nəticə ilə bitməsi onu məyus edib.

“Hesabda 3:0 irəli olarkən üstünlüyü qorumaq əvəzinə oz qapımızdan iki qol buraxdıq. Bu isə təcrübəli müdafiəçilər üçün bağışlanılmaz səhvdir.Əlbəttə, çox möhkəm məyus olmuşam. Cütün taleyini səfərdə həll edə bilərdik.”.

Sxadadze bildirib ki, üçüncü qoldan sonra da üstünlük onlarda olsa da, sonradan oyuna nəzərəti itiriblər: “Son on dəqiqədə elə düşündük ki, artıq oyun qurtarıb. Amma belə olmaz. Axı, futbol doxsan dəqiqədir. Düzü, əvəzetmələr də özünü doğrultmadı. Bundan sonra daha yaxşı hazırlaşmalıyıq. Çünki “Tiraspol” xoş olmayan komandadır. Onlar standart vəziyyətlərdən çox qol vururlar. Cavab matçına ciddi hazırlaşmaq lazımdır”.

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu