Messi: "Dünya çempionatı hələ indi başlayır"

Messi: "Dünya çempionatı hələ indi başlayır"
DÇ-2014 1 İyul 2014 / 00:01 3046
-  A +

Argentina millisinin futbolçusu Lionel Messi "DÇ-2014"ün 1/8 finalında qarşılaşacaqları İsveçrə ilə oyunöncəsi maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, ulduz futbolçu "facebook" sosial şəbəkəsindəki səhifəsində mundialın hələ indi başladığını yazıb:

"Dünya çempionatında 1/8 finala yüksəlməyimiz əladır. Düşünürəm ki, mundial hələ indi başlayır. Gəlin, daha böyük şeylər edək!".

Qeyd edək ki, Argentina - İsveçrə oyunu bu gün axşam, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Son xəbərlər