"Hakim səhvləri ucbatından mundialla vidalaşırıq"

"Hakim səhvləri ucbatından mundialla vidalaşırıq"
DÇ-2014 30 İyun 2014 / 02:34 4795
-  A +

DÇ-2014-ün 1/8 final mərhələsində Hollandiyaya uduzaraq (1:2) mübarizəni dayandıran Meksika millisinin baş məşqçisi Migel Herrera oyun haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis məğlub olmalarının səbəbini  sırf hakim səhvləri ilə bağlayıb:

“Uduzmağımızın səbəbkarı  hakim oldu. İlk qolu öz səhvimizdən buraxdıq.  Ancaq hakimlər maraqlı qayda pozuntuları qeydə aldıqda  uduzmalı olursan.  Ümumiyyətlə hakim səhvləri ucbatından mundialla vidalaşırıq. Buna qədər dörd oyun keçirmişik, onların üçündə hakimlər bizə qarşı idi. Hakimlər Komitəsinin bu matçı təkrar izləməsini və ən azından bu görüşün hakimlərini də bizim kimi evə göndərmələrini istəyirik.  Rəqib futbolçusu Roben üç dəfə özünü yerə atdı.  O, birinci dəfə  cəzalandırılsaydı,  bu hərəkəti təkrarlamazdı”.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner