Pele: "Braziliyanın finala yüksələcəyinə inanıram"

Pele: "Braziliyanın finala yüksələcəyinə inanıram"
DÇ-2014 28 İyun 2014 / 17:42 1988
-  A +

Dünya futbolunun canlı əfsanəsi Pele Braziliya millisinin "DÇ-2014"dəki şanslarını dəyərləndirib. 

Qol.Az-ın məlumatına görə, BBC-yə danışan Pele yığmasının mundialın finalına yüksələcəyinə inandığını bildirib:

"Komandaya inanmalıyıq. Bu dəfə yığmanın xüsusi özəlliyi var. Braziliya millisi hər zaman təhlükəli hücumları ilə fərqlənib. Ancaq ilk dəfədir ki, hücum xəttində müəyyən problemlər var. Bununla belə, komandanın finala yüksələcəyinə inanıram".

Qeyd edək ki, Braziliya millisi 1/8 finalda bu axşam Çili yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu