Barak Obama: "ABŞ dünya kubokunu qazana bilər"

Barak Obama: "ABŞ dünya kubokunu qazana bilər"
DÇ-2014 28 İyun 2014 / 11:15 2401
-  A +

ABŞ prezidenti Barak Obama ölkəsinin futbol yığmasını DÇ-2014-də 1/8 finala çıxmaq münasibəti ilə təbrik edib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, milliyə növbəti matçlarda uğurlar arzulayıb.

B.Obama bildirib ki, ABŞ dünya kubokunu qazana bilər:

"Komanda "ölüm qrupu" adlandırılan bir qrupdan növbəti mərhələyə yüksəlməyi bacardı. İndi hədəflərimiz daha böyükdür. ABŞ-ın dünya kubokunu qazanmaq şansı var".


Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner