"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov Türkiyə mətbuatəna müsahibə verib. Qol.Az-ın xəbərinə görə, o, ajansspor.com saytına hazırda Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan komandasının hazırlığının gedişatı və digər məsələlər haqda danlışıb.
- Niyə təlim-məşq toplanışı üçün məhz Türkiyəni seçdiniz?
- Hər il hazırlığımızı burada keçiririk və bunun faydasını həmişə görürük. Son dörd ildə üç dəfə çempion olmuşuq, iki dəfə ölkə kubokunu qazanmışıq. İki il əvvəl Avroliqanın qrup mərhələsində oynadıq. Bu illər ərzində Türkiyə klubları ilə yoxlama oyunları keçirmişik. "Beşiktaş", "Fənərbaxça", "Orduspor", "Karabükspor" kimi komandalarla qüvvəmizi sınadıq. Türkiyədə hazırlıq keçmək bizim üçün çox rahatdır. Türk futbol funksionerləri azərbaycanlı futbolçuları izləməlidir. Ölkəmizdə Mustafa Dənizli, Bülənt Qorxmaz və digər türkiyəli mütəxəssislər şalışıb. Onlar da bilir ki, Azərbaycanda çox istedadlı futbolçular var. İstərdim ki, qısa zamanda Türkiyə Superliqasında azərbaycanlı futbolçular da oynasın.
- Türkiyə Superliqasını yaxından izləyirsiniz?
- Əlbəttə. Təəssüf ki, futbolunuz gözlədiyimiz səviyyədə deyil. Xərclənən pullar qarşılığında milli komandanız daha yaxşı nəticələr göstərməlidir. "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın Avropada söz sahibi olmasını istəyirik. "Qalatasaray" və "Fənərbaxça" bunu bacarıb. Arzu edirik ki, daha böyük uğurlar qazansınlar.
- Beş ildir ki, "Neftçi"də çalışırsınız. Bu illər ərzində komandanızda böyük inkişaf var. Bunu nəyə borclusunuz?
- Biz klub prezidenti ilə yeni bir idarə heyəti qurduq və hər şeyə sıfırdan başladıq. Çünki "Neftçi"nin tarixi kökü var. Eyni zamanda düzgün addımlar ataraq komandanı irəli apardıq. Daim aşağı yaş qruplarından olan futbolçularımıza əsas komandada şans veririk. Bu sarıdan heç bir problemimiz olmayıb. Çox istedadlı futbolçularımız var. Hətta onlar Türkiyə superliqasının aparıcı klublarında da oynaya bilər.
- Azərbaycan və Türkiyə arasında futbol mədəniyyətinin yaxınlaşması baxımından nələr edilməlidir?
- Bir daha təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda çalışan türkiyəli baş məşqçilər Premyer Liqamıza yuxarıdan aşağı baxırlar. Amma tarixə nəzər salsaq, görərik ki, 20-30 il əvvəl "Neftçi" SSSR-i çempionatında oynayarkən Türkiyə futbolu çox aşağı səviyyədə idi. 70-80-cı illərdə də Azərbaycan futbolu Türkiyədən geri qalmırdı. Türkiyəli mütəxəssislər bizim futbolumuza yuxarıdan aşağı baxdıqları üçün bu gün Azərbaycan heç bir uğur qazana bilmirlər. Son olaraq Mustafa Dənizli Premyer Liqamızda çalışdı və o da nailiyyət əldə etmədi. Amma Dənizli kimi bir məşqçi Azərbaycana gəlirsə, uğur qazanmağa məcburdur. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan və Türkiyə futolu əl-ələ verib yaxşı yerlərə yüksələcək.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti