"Bu uğursuzluqda hansısa futbolçunu günahlandırmaq istəmirəm. Səhvi bütün komanda etdi. Komanda olaraq qələbə qazanır və məğlub oluruq. Təbii ki, 1/8 finala yüksəlmək istəyirdik, ancaq alınmadı. "Avro-2016" üçün bundan nəticə çıxarmalıyıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu "DÇ-2014"də qalib gəldikləri Qana ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis mundialdakı uğursuzluğa baxmayaraq istefa verməyəcəyini bildirib: "Nəticəyə görə çox məyusam. İlk oyunda Almaniyaya böyük hesabla məğlub olmaqla özümüz-özümüzə problem yaratdıq. Lakin almanlara minimal hesabla uduzsaydıq belə, "pley-off"a çıxmaq şansımız digər oyunun nəticəsindən asılı olacaqdı. Hədəfimizə nail olmadıq. Ona görə yox ki, komandanın iradəsi zəif və ustalıq səviyyəsi aşağıdır. Sadəcə ilk oyunda məğlub olmaqla, şansımızı azaltdıq. İstefama gəlincə bu barədə düşünmürəm. Daha öncə də söylədim. Federasiya mənimlə 2016-cı ilə qədər müqavilə yeniləyib. Niyə də bundan imtina etməliyəm?".
Qeyd edək ki, qrupun son matçında Qanaya 2:1 hesabı ilə qalib gələn Portuqaliya millisi top fərqinin yaxşı olmaması səbəbindən 1/8 finala yüksələ bilməyib.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu