Çezare Prandelli istefa verdi

Çezare Prandelli istefa verdi
DÇ-2014 25 İyun 2014 / 02:07 3181
-  A +

İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli vəzifəsindən istefa verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis DÇ-2014-ün D qrupunda Uruqvay millisinə məğlub olduqları oyundan (0:1) sonra bu qərara gəlib.

Oyundan sonra keçirilən mətbuat konfransında Prandelli bunları deyib: “Dörd ildir ki, dünya çempionatında uğur qazanmaq üçün çalışırdıq. Ancaq bir qırmızı vərəqə hər şeyi dəyişdi. İnsanlar məni və İtaliya Futbol Federasiyasını  ölkənin pullarını oğurlamaqda günahlandırırdılar. Həmişə vergiləri ödəmişəm. Başıuca gəzə bilərəm. İstəmirəm ki, kimisə qarət etdiyimi düşünsünlər. İstefa verirəm və qərarımı dəyişməyəcəm”.

Xatırladaq ki, İtaliya Uruqvaya uduzmaqla mundialla vidalaşıb.

Qeyd edək ki, Prandelli İtaliya Futbol Federasiyası ilə sözləşməsini 2016-cı ilə qədər uzatmışdı.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu