Hazırda idman ictimaiyyətinin diqqəti Braziliyanın təşkilatçılğı ilə keçirilən 20-ci dünya çempionatına yönəlib.
Olduqca məhsuldar keçən final turnirində artıq 36 oyun olub ki, həmin matçlarda da ümumilikdə 108, başqa sözlə, orta hesabla hər görüşə 2,83 qol vurulub. Bu isə o deməkdir ki, DÇ-nin həlledici mərhələlərində futbolçular 2316 dəfə fərqləniblər.
Maraqlıdır, bəs, 2300-cü qol kimin aktivindədir? Beləliklə, iyunun 22-də keçirilmiş ABŞ - Portuqaliya qarşılaşmasının 64-cü dəqiqəsində birincilərin futbolçusu Cermeyn Consun vurduğu qol DÇ-nin final turnirlərində qeydə alınmış 2300-cü qol kimi tarixə düşüb.
Cermeyn Cons – 1981-ci il noyabrın 3-də Almaniyada (Frankfurt) anadan olub, yarımmüdafiəçidir, Almaniyanın bir sıra klublarında çıxış edib, icarə əsasında “Bləkbörn”ün (İngiltərə) şərəfini də qoruyub, 2014-cü ildə isə Türkiyənin “Beşiktaş” klubuna transfer olunub.
Almaniyanın 21 yaşadək yığmasında 8 oyun keçirib və 3 qol vurub. Ölkənin əsas komandasına da çağırılıb və 3 görüşdə meydana çıxıb. Lakin sonradan ikili vətəndaşlıq məsələsi gündəmə gəlib və bu iş müsbət həll olunandan, yəni 2010-cu ildən artıq ABŞ-ın heyətində çıxış edir: bu müddətdə keçirdiyi 39 matçda 2 dəfə fərqlənib.
Mənbə: Bakupost.az
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi