Yurgen Klinsmann: "Bəxtimiz gətirmədi"

Yurgen Klinsmann: "Bəxtimiz gətirmədi"
DÇ-2014 23 İyun 2014 / 10:22 2446
-  A +

ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann "DÇ-2014"də qarşılaşdıqları Portuqaliya ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis "Football İtalia"ya açıqlamasında komandasının əla futbol nümayiş etdirdiyini bildirib:

"Bir qədər bəxtimiz gətirmədi. Ancaq möhtəşəm oyun oldu. Əla futbol nümayiş etdirdik. Oyuna nəzarət edirdik və vaxtaşırı müdafiəyə çəkilirdik. 3 və ya 4 qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Lakin hələ ki, yaradılan imkanların hamısını qola çevirə bilmirik. Əminəm ki, Almaniya ilə oyunda daha yaxşı futbol sərgiləyəcəyik. Çətin olacaq, ancaq bunu etməliyik".

Qeyd edək ki, ABŞ "DÇ-2014"də ikinci matçında Portuqaliya ilə 2:2 bərabərə qalıb.


Son xəbərlər
topaz banner