Əlcəzair millisinin baş məşqçisi: “Komandamız bu gün öz gücünü göstərdi”

Əlcəzair millisinin baş məşqçisi: “Komandamız bu gün öz gücünü göstərdi”
DÇ-2014 23 İyun 2014 / 04:35 2435
-  A +

“Bu qələbəni azarkeşlərimizə həsr edirəm. Hansı ki,  uzun məsafə qət edərək Braziliyaya gəliblər. Onlar bu qələbəni uzun müddət idi ki, gözləyirdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Əlcəzair millisinin baş məşqçisi Vahid Xalilhodjiç Cənubi Koreya ilə oyundan (4:2) sonra FİFA-nın rəsmi saytına açıqlamasında deyib.

Bosniyalı mütəxəssis qələbəni şərh etməklə yanaşı növbəti oyunda Rusiya millisi ilə qarşılaşacaqları görüşün əhəmiyyəindən də danışıb: “Bu gün komandamız öz gücünü  göstərdi. İlk hissədə yaxşı oynadıq. Ancaq ikinci hissədə oyuna nəzarəti bir qədər itirdik. Səbəbini bilmirəm. İndi bizə Rusiya ilə oyunda yaxşı nəticə qazanmaq qalır. 1/8 finala çıxmaq üçün yaxşı şansımız var.

Qarabağ FK
Son xəbərlər
24.08.26  10:30

39-cu qapıçı

24.08.26  09:59

Salahın dublu - Video

topaz banner