Zeko: “Bu, haqsızlıqdır"

Zeko: “Bu, haqsızlıqdır"
DÇ-2014 22 İyun 2014 / 13:14 3286
-  A +

Bosniya və Hersoqovina millisinin futbolçusu Edin Zeko Nigeriya ilə oyun (0:1) haqda fikirlərini bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hücumçu görüşün baş hakimini kəskin tənqid edib:

“Bu oyunun ardından evə qayıdan biz yox, görüşü idarə edən hakimlər olmalıdır. Nigeriyanın qol vurduğu epizodda rəqib oyunçu tərəfindən futbolçumuz Spahiçə qarşı qayda pozuntusu baş vermişdi. Oyunun qalibi biz olmalı idik. Sadəcə matçın baş hakimi görüşün nəticəsini dəyişdi. Buna görə uduzduq”.

Qeyd edək ki, Edin Dzeko ilk hissədə rəqib qapısına yol tapsa da, görüşün baş hakimi ofsayd qərarı verib. Hakimin bu qərarına etirazını bildirən futbolçu deyib ki, qol epizodunuda heç bir ofsayddan söhbət gedə bilməz:

“Hakimin rəqibin qayda pozuntusu nəticəsində vurduğu qolu nəzərə alması azmış kimi, mənim qaydalar çərçivəsində fəqləndiyim epizodda ofsayd qərarı verdi. Bu, haqsızlıqdır. Sona qədər mübarizə apardıq. Ancaq bu gün bəxt də bizdən üz döndərmişdi”.

Xatırladaq ki, Bosniya və Hersoqovina milisi Negeriyaya uduzmaqla qrupdan çıxmaq şansını itirib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq