Prandelli: “Məğlubiyyətə layiq idik”

Prandelli: “Məğlubiyyətə layiq idik”
DÇ-2014 21 İyun 2014 / 01:08 2327
-  A +

“Kosta Rika millisi daha aqressiv və istəkli idi. Bilirdim ki, bizi çətin qrup gözləyir və Uruqvay millisi  play-off-a çıxmaq üçün bizimlə sona qədər mübarizə aparacaq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli Kosta Rikaya məğlub olduqları oyundan sonra FİFA-nın rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis məğlubiyyətə layiq olduqlarını etiraf edib: “Əgər Balotelli qol imkanlarından istifadə edə bilsəydi, oyunun nəticəsi başqa cür olardı. Ancaq biz məğlubiyyətə layiq idik.  Qələbə qazanmaq üçün müəyyən planlarımız var idi. Lakin rəqib bizə boş zona vermədi. Futbolçularım rəqibdən çəkindi? Xeyr, sadəcə bizə güc toplamaq lazımır”.

Son xəbərlər