Kovaç: "Meksika ilə oyun final kimi olacaq"

Kovaç: "Meksika ilə oyun final kimi olacaq"
DÇ-2014 19 İyun 2014 / 10:34 2447
-  A +

"Oyunun ilk 5-10 dəqiqəsində istədiyimiz kimi oynaya bilmədik. Ancaq sonradan matçda üstünlüyü ələ aldıq. Oliç ilk qolu vurduqdan sonra daha da yaxşı oynamağa başladıq. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm".

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç Kamerunla oyundan (4:0) sonra deyib.
 
Gənc mütəxəssis Meksika ilə qarşıdan gələn matç haqda da danışıb: "Meksika ilə oyun bizim üçün final kimi olacaq. Onlar güclü komandadır. Amma biz də zəif deyilik. Qələbə qazanaraq qrupdan çıxmağa çalışacağıq".

Son xəbərlər
topaz banner