Pele tıxacın qurbanı oldu

Pele tıxacın qurbanı oldu
DÇ-2014 18 İyun 2014 / 18:41 3230
-  A +

Dünən gecə "DÇ-2014"ün A qrupunda keçirilən Braziliya - Meksika matçını Sao Paulo şəhərində bir sıra azarkeş izləyə bilməyib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna oyunun keçirildiyi şəhərin yollarında tıxacın yaranması səbəb olub.

Dünya futbolunun canlı əfsanəsi Pele də tıxac səbəbindən Braziliya - Meksika görüşünün ilk hissəsini izləyə bilməyib. Belədə Pele oyunu avtomobilində radiodan canlı dinləyib. 
 
Qeyd edək ki, Braziliya - Meksika görüşündə qapılara qol vurulmayıb - 0:0.


Son xəbərlər