Mark Vilmots: “Əlcəzair yığması oynamağa imkan vermirdi”

Mark Vilmots:  “Əlcəzair yığması oynamağa imkan vermirdi”
DÇ-2014 18 İyun 2014 / 00:45 1970
-  A +

Belçika millisinin baş məşqçisi Mark Vilmots DÇ-2014-ün H qrupunda Əlcəzairə qalib gəldikləri oyundan (2:1) sonra fikirlərini bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, oyunu belə şərh edib:

“Rəqibimiz nə özü oynayırdı, nə bizə oynamağa imkan verirdi.  Belə komandaya qarşı mübarizə aparmaq həmişə çətin olur. Ancaq biz tədricən oyunumuzu tapdıq. Komandamız fasiləyə qədər inamsız təsir bağışladı. Fasilə zamanı futbolçularla danışdım və onlar başa düşdü ki, bizim potensialımız var”.

Qeyd edək ki, Belçika millisi ilk hissədə qapısından qol buraxsa da, ikinci hisədə iki dəfə fərqlənməklə 2:1 hesablı qələbə qazanıb.


Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass