Xavinin yeni komandası rəsmən müəyyənləşdi

Xavinin yeni komandası rəsmən müəyyənləşdi
DÜNYA FUTBOLU 17 İyun 2014 / 22:30 6691
-  A +

"Barselona"nın futbolçusu Xavi yeni mövsümdən Qətərdə oynayacaq.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçi "Al Arabi" klubu ilə ilkin müqavilə imzalayıb.

Bu barədə Qətər təmsilçisinin baş məşqçisi Dan Petresku jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, rəsmi imzalanma mərasimi "DÇ-2014" başa çatdıqdan sonra gerçəkləşəcək.

Rumıniyalı mütəxəssis  Xavinin "Al Arabi"də illik 8 milyon avro qazanacağını da söyləyib.

Qeyd edək ki, Xavi 1998-ci ildən "Barselona"nın əsas heyətində çıxış edir.

 


Son xəbərlər