“Əmimin mənim haqqımda dediyi bütün tənqidi fikirləri qəbul edirəm. Başqa cür ola da bilməz. Çünki İsgəndər Cavadov ulduz olub, nə deyirsə, düz deyir”. Qol.Az-ın mübirilə söhbətində bu sözləri “Qarabağ”ın və Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov deyib. O əmisi, veteran futbolçu İsgəndər Cavadovun bir müddət öncə saytımıza verdiyi müsahibədə onun haqqında səsləndirdiyi “Vaqifin yüksək səviyyəli futbolçu olmasına çox var və onun çatışmayan cəhətləri çoxdur” fikirinə münasibət bildirib. Vaqif özü də çatışmayan cəhətlərinin olduğunu etiraf edib: “Peşəsindən asılı olmayaraq, hər bir insanın çatışmayan cəhətləri var. Həyatda ideal insan yoxdur. Bu mənada, mənim də bir futbolçu kimi çatışmayan cəhətlərim çoxdur. Məsələn, meydançada bəzən hər şeyi edirəm, amma son nöqtəni qoya bilmirəm. Bu da ondan irəli gəlir ki, çox tələsirəm. Nəticədə zərbə dəqiq alınmır, ya da ümumiyyətlə, alınmır. Bax, bunun üzərində daha çox işləmək lazımdır. Amma hələ nə yaşım var ki, əsas karyeram hələ irəlidədir. İnşalah, Allah güc verər, gələcəkdə bu problemi də həll edərik. Bir də bu qapı dirəkləri imkan vermir mənə. Moskvada Rusiya ilə oyunda vurduğum zərbədən sonra top dirəyə dəydi. Dünən vurdum, yenə dirəyə dəydi. İstənilən halda, hər oyundan sonra öz səhvlərim haqqında atamla, baş məşqçimiz Qurban Qurbanovla birgə müzakirələr aparırıq. Elə əmimlə də həmçinin”.
Görəsən, ikilikdə qalanda İsgəndər Cavadov öz qardaşı oğluna hansı məsləhəti verir? Vaqif bu sualımıza belə cavab verib: “Əmim çox vaxt mənə deyir ki, hücumçu gərək meydanda 5-6 müdafiəçin öz arxasınca aparmağı bacara. Bilirsiniz ki, İsgəndər Cavadov öz oynadığı dövrdə bəzən rəqib komandanın yarısını bir nəfəsə aldadardı. Amma onun çəkisini, fiziki gücünü, bədən quruluşunu da nəzərə almaq lazımdır axı. Mən İsgəndər Cavadov deyiləm. Mənim bədən quruluşum, fiziki gücüm İsgəndər Cavadov kimi 5-6 futbolçunu arxamca aparmağa imkan vermir axı (gülür). Amma çalışacam, heç olmasa, gələcəkdə rəqibin 3-4 müdafiəçisini arxamca apara bilim”.
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi