“Çox yaxşı oynadıq. Qol vurmaq üçün xeyli şansımız oldu. Təkcə müdafiəçilərimiz deyil, həm də hücumçularımız gözəl oynadılar. Avroliqada mübarizəni davam etdirəcəyik. Bu qələbə bizim özünəinamımızı daha da artırdı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”yla oyunsonrası mətbuat konfransında “Bazel”in baş məşqçisi Torsten Fink deyib. Almaniyalı mütəxəssis fair-play qaydasını pozaraq, qol vuran yetirməsinə haqq qazandırıb: “FIFA-nın yeni qaydalarına əsasən hakim oyunu dayandırmamış futbolçu dayana bilməz. Həm də futbolçum sizin oyunçunuzun yerdə qalmasını görmədi. O qayda-qanuna riayət etdi. Həm də heç bir fərqi yoxdur, 4:1 və ya 5:1”.
Azərbaycanlı jurnalistlərdən birinin “almanlar Tofiq Bəhramovu 43 ildir ki, ədalətsizlikdə günahlandırırlar. Amma düşünmürsünüz ki, komandanızın bu gün vurduğu beşinci qol sizin, eləcə də İsveçrə futbolunun imicinə böyük zərbə oldu?” sualını Fink belə cavablandırıb: “Mən Bəhramovu tanımıram. Ona görə də bu sualı cavablandıra bilmərəm”.
Sonda “Bazel”in baş məşqçisi komandamızı da günahlandırıb: “Mən Fraya dedim ki, belə etmək olmaz. Onu tənqid etdim. Amma bu hadisədə sizinkilərin də günahı oldu”.
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi