“Bazel”i qələbə münasibətiylə təbrik edirəm. Onlar layiqli qələbə qazandılar. Bu cür məğlubiyyəti gözləmirdim. Məğlubiyyət mənə çox pis təsir etdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bazel”lə oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis məğlubiyyətə görə çox təəssüfləndiyini gizlətməyib: “Acı məğlubiyyətə görə çox təəssüflənirəm. Məşqçi karyeramda ən böyük uğursuzluq oldu. Oyuna çox pis başladıq. Çoxlu səhvlərə yol verdik. Nəticədə qapımızda 2 qol gördük. Dəqiq ötürmələr verə bilmədik, oyun baxımından yaxşı oynamadıq. Halbuki oyuna çox ciddi hazırlaşmışdıq. Lakin bu məğlubiyyətlə bütün zəhmətimiz yerə vurulmuş oldu”.
Sonda makedoniyalı mütəxəssis “Bazel”dən gördükləri münasibət haqda da danışıb: “Bazel”in qələbəsinə kölgə salmaq istəmirəm. Onlar layiqli qələbə qazandılar. Lakin deməliyəm ki, onlar bizə qarşı gözlədiyimiz münasibəti göstərmədilər. Halbuki Litvada, Sofiyada tamam başqa münasibətlə qarşılaşmışdıq. Biz dünən 10 dəqiqə yağışın altında gözləməli olduq. Bizi əvvəlcə məşqə buraxmaq istəmirdilər. Beşinci qolu stadionda olan hər kəs gördü. “Bazel” guya 4:1 udsaydı, nə olacaqdı ki? Komanda əbəs yerə öz qələbəsinə kölgə saldı”.
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi