Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov «Qarabağ» və «Bakı» klublarının bu gün avroliqanın pley-off mərhələsində keçirəcəyi cavab qarşılaşmalarıyla bağlı fikirlərini söyləyib. Qol.Az-ın müxbiri ilə söhbətində ilk oyundakı 1:3 hesablı məğlubiyyətlərə baxmayaraq, hər iki klubumuzun növbəti mərhələyə çıxmaq şansının qaldığını deyən A.Mircavadov öncə «Qarabağ»ın şansını dəyərləndirib: «Düzdür, «Tvente» güclü komandadır, amma o demək deyil ki, onu keçmək olmaz. «Qarabağ»da istək və əzmkarlıq var. Bunun sayəsində Ağdam klubu «Rusenborq» və «Honka»nı keçərək bu mərhələyə gəlib. Bugüngü oyunda da istək, inam və əzmkarlıq olmalıdır».
A.Mircavadovun fikrincə, «Qarabağ» müdafiəni güclü saxlamaqla əsasən hücum taktikası seçməlidir. O hesab edir ki, bu zaman rəqibin təşkil etdiyi əks hucumları dəf etmək olar. Onun sözlərinə görə, müdafiəçi Rəşad Sadıqovun bu oyunda iştirak etməməsi «Qarabağ» üçün ciddi itki olsa da, komanda ruhdan düşməməlidir.
«Bakı» klubuna gəlincə, A.Mircavadov hələ heç nəyin həll olunmadığı qənaətindədir: «Komanda Bakıdakı oyunda 1:0 hesabı ilə irəlidə olsa da, sonradan üç top buraxdı. İndi «Bakı» ilk növbədə öz oyununu tapmalıdır. Futbolçular da həmin taktikaya uyğun oynamalıdır. Biz «Ekranas», «Levski» və «Bazel»lə oyunlarda fərqli oyun nümayiş etdirən «Bakı» gördük. Hər oyuna başqa-başqa taktikayla çıxmaq yaxşı deyil. Onda öz oyununu itirirsən».
A.Mircavadov «Bakı» üçün yüksək şəraitin yaradıldığını, komandanın İsveçrədə qələbə qazanmaq gücündə olduğunu söyləyib.
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi