Bu il aprelin 25-də dünyasını dəyişən “Barselona”nın sabiq baş məşqçisi Tito Vilanovanın sayəsində Lionel Messi Kataloniya klubunda qalıb.
Qol.Az-ın “Mundo Deportivo” qəzetinə istinadən yaydığı xəbərə görə, aprelin 19-da – Vilanovanın vəfatından bir həftə əvvəl Messi və “Barsa”nın qapıçısı Xose Pinto sabiq məşqçilərinin səhhətiylə maraqlanmaq üçün onun qaldığı xəstəxanaya gediblər. Vilanova əvvəlcə bu görüşün əleyhinə çıxıb. Xərçəng xəstəliyindən əziyyət çəkən 45 yaşlı mütəxəssis futbolçularının onu ağır durumda görməsini istəməyib. Buna baxmayaraq, “Barselona”nın İspaniya kubokunun finalında “Real”a məğlubiyyətindən (1:2) sonra bu görüş baş tutub.
Görüşdə Messinin həmin görüş və bundan əvvəli matçlardakı uğursuz oyunları da müzakirə olunub. Vilanova Messinin ciddi tənqid olunmasına toxunaraq onu səbirli olmağa çağırıb. Qəzet yazır ki, görüşdə argentinalı ulduz “Barselona”dan ayrılmaq istədiyini deyib. Bunun səbəbi isə heç də pulla bağlı olmayıb. Amma təxminən iki saatlıq söhbət zamanı Vilanova Messini “Barselona”da qalmağa inandıra bilib. O deyib ki, Messinin bir futbolçu kimi daha da böyüməsi üçün "Barsa" daha münasib komandadır.
Bu görüşün ertəsi isə Messi İspaniya çempionatının “Atletik”ə qarşı matçında (2:1) qələbə qolunu vurub.
Aprelin 24-də - Vilanovanın vəfatından bir gün əvvəl isə “Barselona”nın prezidenti Jozep Bartomeu Vilanovanı ziyarət edib. O, bu zaman sabiq məşqçilərinə Messiyə verdiyi məsləhətə görə təşəkkür edib.
Mayın 19-da, Vilanovanın artıq həyatda olmadığı vaxtda argentinalı ulduz “Barselona” ilə yeni müqavilə imzalayıb.
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı
"Nyukasl" Londonda "Çelsi"yə belə qalib gəldi - Video
“Mənə Kolumbiyadan zəng gəlməyib” - Kamilo Duran
Qadın futbolçulara uyğunsuz mesaja görə işdən qovuldu
Arda Güler 70 metrdən qol vurdu - Video
Nəriman Axundzadə ehtiyatda qaldı
Kökçünün komandası yenə uduzdu
“Qalatasaray” və “Trabzonspor”dan qələbə
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?