"Qalatasaray" daha bir futbolçusu ilə müqaviləni yenilədi

"Qalatasaray" daha bir futbolçusu ilə müqaviləni yenilədi
DÜNYA FUTBOLU 2 İyun 2014 / 22:20 3451
-  A +

"Qalatasaray" Burak Yılmaz və Səlcuk İnandan sonra daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə,  komandanın qapıçısı Fernando Muslera ilə 2016-ci ildə başa çatacaq müqavilənin müddəti daha iki il uzadılıb. Sözləşməyə əsasən, uruqvaylı qolkiper 2014/2015  mövsümündə 2 milyon 750 min, 2015/2016 mövsümündə 3 milyon 300 min, növbəti iki mövsümdə isə 3 milyon 575 min avro qazanacaq.

Qeyd edək ki, F.Muslera 2011-ci ildən "Qalatasaray"ın şərəfini qoruyur.


Son xəbərlər