Sabah Avroliqanın play-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində İsveçrənin “Bazel” klubuyla qarşılaşacaq “Bakı”nın baş məşqçisi Coko Haciyevski bu gün oyunqabağı mətbuat konfransı keçirib.
- İlk oyunda qeydə alınan nəticədən sonra təbii ki, favorit “Bazel”dir. Biz ötən oyuna yaxşı başladıq. Qol da vurduq. Lakin heç nədən qapımızda 3 qol gördük. Hesab edirəm ki, oyunun bu cür məcrada bitəcəyini heç “Bazel” də gözləmirdi. Amma bu futboldur. “Bazel” “Barselona”yla oyunda çətinlik çəkdiyi kimi biz də “Bazel”lə oyunda çətinliklə qarşılaşdıq. Başa düşürəm ki, sabah 3 qol vurmalıyıq. Amma hesab edirəm ki, əgər uğura inanmırsansa, o zaman heç meydana çıxmağa dəyməz. Biz klubumuzun imicini qorumaq üçün meydana çıxacağıq. Həm isveçrəlilərə, həm də azərbaycanlılara sübut etmək istəyirik ki, bu yerə gəlib çıxmağımız heç də sürpriz deyil. Bir qədər təcrübə azlığından əziyyət çəkirik. İstər “Levski”, istərsə də “Bazel”lə oyunlarda təcrübəsizliyin qurbanı olduq.
- Sabahkı oyunda meydana iki hücumçuyla çıxacaqsınız?
- Bəli. Ötən oyunda cəzalı olan Feliks də artıq meydana çıxa bilər. Ona görə də bu dəfə ön xətdə Jabayla yanaşı Feliksə də şans verəcəyəm.
- Komandada hansı itkilər var?
- Skuliçlə Barbosa oynamayacaq. Xorvat futbolçu cəzalıdır, Braziliyalı müdafiəçimiz isə zədədən əziyyət çəkir.
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər