«Tvente»nin futbolçuları Bakıda əlbəyaxa davaya çıxdılar? (EKSKLÜZİV)

«Tvente»nin futbolçuları Bakıda əlbəyaxa davaya çıxdılar? (EKSKLÜZİV)
ÖLKƏ FUTBOLU 26 Avqust 2009 / 16:39 2843
-  A +

Sabah «Qarabağ» klubuyla qarşılaşacaq «Tvente»nin futbolçuları Bakıda məskunlaşdıqları «Hyatt-park» otelində buranın personalının narahatlığına səbəb olan hərəkətlərə yol veriblər. Qol.Az-ın əldə etdiyi məlumata görə, «Hyatt-park»ın təhlükəsizlik xidmətinin əməkdaşları kamera vasitəsilə otelin liftində «Tventi»nin iki futbolçusunun davaya çıxmasına şahid olublar. Hətta «Tvente»li Yansenin futbolçu dostunu itələməsindən  sonra liftdə çat əmələ gəlib. Bunu görən təhlükəsizlik xidmətinin əməkdaşları telefonla dərhal «Tvente»nin rəhbəriliyinə baş verən hadisə barədə xəbər veriblər. Bundan sonra otelin əməkdaşları, «Tvente»nin rəhbərliyi və futbolçular arasında söhbət olub. Bu zaman futbolçular otelin personalına və komanda rəhbərliyinə dalaşmadıqlarını, sadəcə öz aralarında zarafat etdiklərini söyləyiblər.

Daha çox


Son xəbərlər