“Biz xal itirmək istəmirdik. Səfərdə oynamağımıza baxmayaraq, evə 3 xalla dönmək niyyətində idik. Belə olacağı halda, “Bakı” ilə matça yüksək əhval-ruhiyyə ilə çıxmağı təmin edəcəkdik. Bunun üçün şansımız da var idi. Təəssüf ki, rəqibin azlıqda qalmasından istifadə edə bilmədik və yalnız bərabərlik qolunu vurmaqla kifayətləndik”. Qol.Az-ın məlumatına görə, bu sözləri İsveçrə çempionatının son turunda səfərdə “Ksamaks”la 2:2 oynayan “Bazel”in baş məşqçisi Torsten Fink deyib. Jurnalistlərlə söhbətində almaniyalı mütəxəssis sabah Avropa Liqasının pley-off mərhələsinin təkrar oyunları çərçivəsində “Bakı” ilə keçirəcəkləri oyuna da toxunub. Fink yetirmələrinə arxayınlaşmamaq tapşırığı verdiyini deyib: “Düzdür, biz Bakıdakı ilk oyunda 3:1 hesabı ilə qalib gəlmişik. Bu isə bizim üçün yaxşı üstünlük sayılır. Amma öz komandama xüsusi tapşırıq vermişəm ki, qətiyyən arxayınlaşmaq olmaq. “Bakı” öz meydançasında məğlub olmasına baxmayaraq, yaxşı futbol oynadı və güclü komanda olduğunu sübut etdi. Evdə bizim buraxacağımız erkən qol planlarımızı poza bilər. Gərək buna yol verməyək”.
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər