Arda Turan: "Çempion olub, Türkiyə bayrağını..."

Arda Turan: "Çempion olub, Türkiyə bayrağını..."
DÜNYA FUTBOLU 25 May 2014 / 03:54 7486
-  A +

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan Çempionlar Liqasının "Real"la final matçından sonra maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, "NTVspor"a danışan təcrübəli futbolçu finalda çempion olub, Türkiyə bayrağını dalğalandırmaq istədiyini bildirib:

"Çox ağır bir mövsüm keçirdik. Təəssüf ki, finalda uduzduq. Əgər ikinci oldunsa, səni həyatda kimsə xatırlamaz. Çempion olub, Türkiyə bayrağını dalğalandırmaq istəyirdim, ancaq bu oyunda meydana çıxmadım".

Qeyd edək ki, Arda zədə səbəbindən "Real"la görüşdə iştirak etməyib.


Son xəbərlər