"Mançester Yunayted" təcrübəli futbolçusu ilə müqaviləni yenilədi

"Mançester Yunayted" təcrübəli futbolçusu ilə müqaviləni yenilədi
DÜNYA FUTBOLU 23 May 2014 / 22:44 3806
-  A +

"Mançester Yunayted" təcrübəli futbolçusu Patrik Evra ilə müqaviləni yeniləyib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, fransalı oyunçu daha bir il "qırmızı şeytanlar"ın şərəfini qoruyacaq. O, həmçinin yeni mövsümdən "MY"nın kapitanı olacaq.

Qeyd edək ki, 2006-ci ildən Mançester təmsilçisində oynayan P.Evranın klubu ilə sözləşməsi cari mövsümün sonu başa çatırdı.


Son xəbərlər