Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Tura Qəbələdə start verilib. Burada Avroliqaya vəsiqə uğrunda mübarizə aparan iki komanda - "Qəbələ" və "Bakı" üz-üzə gəlib. Bu görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən "Qəbələ" klubu tarixində ilk dəfə Avropa kuboklarında oynamaq hüququ qazanıb. Belə ki, bu nəticə ilə ən azı 4-cü pilləni özü üçün təmin edən Yuri Syominin komandası yeni mövsümdən ölkəmizi Avroliqada təmsil edəcək.
Saat 18:00-da isə daha üç qarşılaşma baş tutub. "Rəvan" öz meydanında "Simurq"dan üstün olub. AZAL "Neftçi" ilə oyunda doqquz nəfərlə qalmasına baxmyaraq, meydanı bir xalla tərk etməyi bacarıb."Xəzər Lənkəran" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.
Turun mərkəzi görüşü isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Burada turnir cədvəlinin lideri "Qarabağ" ən yaxın izləyicisi "İnter"i qəbul edib. Bu görüşdə Ağdam təmsilçisi inamlı oyunla qalib gələrək "İnter"lə xal fərqini 9-a yüksəldib. Bununla da Qurban Qurbanovu komandası yarışın bitməsinə iki tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu uğurla "Qarabağ" 21 ildən sonra çempion olub. Ağdam təmsilçisi bundan əvvəl 1993-cü ildə Azərbaycan çempionatını birinci pillədə tamamlamışdı.
7 may (çərşənbə)
Azərbaycan Premyer Liqası, 34-cü tur
19:00. "Qarabağ" – "İnter" - 4:1
Qollar: Reynaldo, 13 (1:0), 70 (2:0), Baçana Sxadadze, 74 (2:1), Reynaldo, 85 (3:1), Muarem Muarem, 86 (4:1)
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mehman Mahmudov, Ramil Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu.
18:00. "Rəvan" - "Simurq" - 1:0
Qol: Xuan Manuel Varea, 28-pen (1:0)
Qırmızı vərəqə: İlkin Qırtımov, 73 ("Simurq")
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, İsgəndər Əliyev, Ramil Diniyev
Bayıl Arena.
18:00. AZAL - "Neftçi" - 0:0
Qırmızı vərəqələr: Kərim Diniyev, 66 ("Rəvan"), Murad Ağayev, 85 ("Rəvan")
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Fərid Məmmədov
AZAL Arena.
18:00. "Xəzər Lənkəran" - "Sumqayıt" - 4:1
Qollar: Məhəmməd Qurbanov, 3 (0:1), Sadio Tounkara, 11 (1:1), Etame Mbilla, 22 (2:1), Sadio Tounkara, 45 (3:1), Elias Ribeiro, 56 (4:1)
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Rahil Ramazanov, Xəlil Hüseynli
Lənkəran şəhər Mərkəzi stadionu.
17:00. "Qəbələ" – "Bakı" - 3:1
Qollar: Marat İzmaylov, 15 (1:0), Müşfiq Teymurov, 27 (2:0), Daniel Subotiç, 57 (3:0), Namiq Ələsgərov, 65 (3:1)
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Teymur Fərhadov
Qəbələ şəhər stadionu.
Turnir cədvəli
|
|
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı
"Qalatasaray" Rafael Leaonun transferini açıqladı
"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi
Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi
Emiliano Martines "Çelsi"də - Rəsmi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Rüfət İsraildə gözəl qol vurdu - Video
“Qarabağ”dan bu yayın 11-ci transferi - Rəsmi
"Barselona" bu futbolçunu satdı