Dünya futbol tarixində bir sıra gənc oyunçular karyeralarının ilk illərində parlamaqla diqqətləri üzərinə çəkiblər.
Qol.Az-ın məlumatına görə, həmin futbolçulardan bəzilərinin "ulduzu" erkən sönüb.
Maykl Ouen, Elvir Baliç, Rayan Babel, Ariel Orteqa, Co Koul, Qaizka Mendieta, Robinyo və Denilson kimi futbolçular parlaq oyunla diqqət mərkəzinə düşsələr də, sonradan bu uğurun davamını gətirə bilməyiblər.
1. Maykl Ouen (İngiltərə) - İngiltərə yığmasında 40, çıxış etdiyi klublarda isə 163 qola imza atan Ouen "Qızıl top"u qazanan ən zəif futbolçu kimi yaddaşlara həkk olunub. Karyerasının ilk illərində parlayan ingilis futbolçu daha sonra zədələr və müasir futbol mentalitetinə uyğunlaşa bilməməsi səbəbindən kölgədə qalıb.
2. Robinyo (Braziliya) - "Santos"dakı çıxışı ilə "yeni Pele" imici yaradan Robinyo Avropada uğurlu çıxışını davam etdirə bilməyib. "Real" (Madrid), "Mançester Siti" və "Milan" kimi klublarda oynayan braziliyalı futbolçu ona bəslənən ümidləri doğrultmayıb.
3. Rayan Babel (Hollandiya) - "Ayaks" yetirməsi olan hollandiyalı futbolçudan hər zaman yüksək gözləntilər olsa da, Babel 11,5 milyon avroya transfer olunduğu "Liverpul"da istənilən oyunu sərgiləyə bilməyib. 27 yaşlı futbolçu hazırda karyerasını Türkiyənin "Kasımpaşa" klubunda davam etdirir.
4. Qaizka Mendieta (İspaniya) - 2001-ci ildə 48 milyon avro müqabilində "Valensiya"dan "Latsio"ya keçən Mendieta orada gözlənilən oyunu sərgiləyə bilməyib və karyerasını "Midlsbro"da başa vurub.
5. Hari Kiyul (Avstraliya) - "Lids Yunayted"dən "Liverpul"a transfer olunan Kiyul ilk matçlarında uğurlu çıxış etsə də, sonradan futbolçunun karyerasında eniş dövrü başlayıb. Zədələr də avstraliyalı futbolçunun uğursuz çıxışında önəmli rol oynayıb.
6. Elvir Baliç (Bosniya və Hersoqovina) - 1999-cu ildə "Real" (Madrid) klubunun 15,6 milyon avroya "Fənərbaxça"dan transfer etdiyi Baliç daha sonra Madrid təmsilçisinin ən uğursuz transferi olub. Bosniyalı futbolçu yaşadığı zədələr səbəbindən "Real"da cəmi bir qola imza atıb. Son olaraq "Qalatasaray"da forma geyinən Baliç səssiz-sədasız karyerasını başa vurub.
7. Kleberson (Braziliya) - 2002-ci ildə Yaponiya və Koreyada keçirilən dünya çempionatında inamlı oyunu ilə diqqət çəkən braziliyalı futbolçu "Mançester Yunayted"də ondan gözlənilən oyunu nümayiş etdiyə bilməyib.
8. Ariel Orteqa (Argentina) - 1996-cı ildə "İnterkontinental" kubokunda sərgilədiyi oyunla bütün dünyanı yaxşı mənada təəccübləndirən Orteqa növbəti illərdə uğursuz çıxışı ilə diqqət çəkib. Türkiyədə "Fənərbaxça" forması geyinən argentinalı futbolçu qeyri-stabil oyunu ilə azarkeşlərini məyus edib.
9. Əl-Haci Diuf (Seneqal) - 2002-ci ildə Yaponiya və Koreyada keçirilən dünya çempionatında parlayan Diuf "Liverpul"a transfer olunub. Lakin Liverpul təmsilçisində keçirdiyi 69 oyunda cəmi 3 dəfə rəqib qapılarına yol tapan futbolçu hazırda karyerasını İngiltərə aşağı liqasında davam etdirir.
10. Co Koul (İngiltərə) - "Vest Hem"də Frank Lempardla birgə parlayan Koul daha sonra bütün İngiltərədə ruh düşkünlüyü yaradıb. Gələcək vəd edən ingilis futbolçu transfer olunduğu "Liverpul"da cəmi 26 oyuna çıxıb və yenidən sabiq komandası "Vest Hem"ə qayıdıb. Futbolçunun karyerasını elə "Vest Hem"də başa vuracağı gözlənilir.
11. Niklas Bendtner (Danimarka) - "Arsenal"ın danimarkalı forvardı Bendtner uzun boyu və yüksək texnikası ilə azarkeşləri həyəcanlandırsa da, sonradan sönük oyunu ilə baş məşqçi Arsen Vengerin planlarından kənarda qalıb.
12. Julius Aqhahova (Nigeriya) - 2000-ci ildə Sidneydə keçirilən olimpiya oyunlarında sərgilədiyi oyunla yüksək məbləğ qarşılığında "Şaxtyor" (Donetsk) klubuna transfer olunub. 35 oyunda 18 qola imza atan Aqhahova "Arsenal" və "Yuventus"un transfer hədəfinə düşür. Lakin növbəti illərdə uğursuz çıxış edən nigeriyalı futbolçu Türkiyəyə üz tutub.
13. Kayo Ribeyro (Braziliya) - "İnter" klubu 1995-ci ildə gənclər arasında keçirilən dünya çempionatında Xavyer Zanetti və Roberto Karlosla birgə parlayan Kayo Ribeyronu da transfer edir. Sonradan R.Kalos "Real"a transfer olunmaqla dünyanın ən yaxşı sol cinah müdafiəçisinə, Zanetti "İnter"in canlı əfsanəsinə çevrilib. "İnter"in heyətində cəmi 6 oyuna çıxan Riberyo isə "Napoli" macərasından sonra ölkəsinə qayıtmalı olur.
14. Adailton Martins (Braziliya) - 1997-ci ildə gənclər arasında keçirilən dünya çempionatında 19 oyunda vurduğu 24 qolla diqqətləri üzərinə çəkən Adailton "Parma"ya transfer olunduqdan sonra Krespo və Çiesanın kölgəsində qalıb.
15. İbrahim Ba (Seneqal) - Seneqal əsilli fransız futbolçu Ba sağ cinahda sürətli oyunu ilə Avropanın bir sıra klublarının diqqətini çəkir. 1997-ci ildə "Milan"a transfer olunan Ba İtaliya gözlənilən oyunu sərgiləyə bilməyib.
16. Muhammed Kallon (Sierra Leone) - 1995-1999 və 2001-2004-cü illərdə "İnter"də forma geyinən Kallon istənilən oyunu nümayiş etdirə bilməyib. Karyerası ərzində 16 fərqli komandada çıxış edən syerra leoneli hücumçu ölkəsinin "Kallon" klubunda futbolla vidalaşıb.
17. Denilson (Braziliya) - 1998-ci ildə Konfederasiyalar kubokun sərgilədiyi oyunla 21,5 milyon avroya "Betis"ə transfer olunan Denilson üzərindəki təzyiqi heç cür dəf edə bilməyib. "Betis"dən sonra 8 klubda forma geyinən braziliyalı futbolçu karyerasını Yunanıstanın "Kavala" klubunda başa vurub.
18. Devid Bentli (İngiltərə) - Karyerasının ilk illərində "yeni Bekhem" olaraq göstərilən Bentli sonrakı çıxışlarında istənilən oyunu nümayiş etdirə bilməyib. "Arsenal"ın yetirməsi olan futbolçu 16,5 milyon avro müqabilində "Tottenhem"ə transfer olunduqdan sonra əsasən ehtiyatda qalıb. 29 yaşlı futbolçu hazırda klubsuzdur.
19. Kandido Kosta (Portuqaliya) - "Salgueiros"dan "Portu"ya transfer olunduğunda hər kəs onu "yeni Fiqo" kimi görürdü. Lakin "Portu"da zəif oyun nümayiş etdirən futbolçunun gələcək karyerası da uğursuz olub.
20. Freddi Adu - 10 il öncə Avropanın bir sıra klublarının maraq dairəsində olan Adu sonradan eniş dövrünü yaşayıb.
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı
"Nyukasl" Londonda "Çelsi"yə belə qalib gəldi - Video
“Mənə Kolumbiyadan zəng gəlməyib” - Kamilo Duran
Qadın futbolçulara uyğunsuz mesaja görə işdən qovuldu
Arda Güler 70 metrdən qol vurdu - Video
Nəriman Axundzadə ehtiyatda qaldı
Kökçünün komandası yenə uduzdu
“Qalatasaray” və “Trabzonspor”dan qələbə
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?