"Falkao dünya çempionatında oynaya biləcək"

"Falkao dünya çempionatında oynaya biləcək"
XƏBƏR 19 Aprel 2014 / 15:01 1959
-  A +

"Monako" klubunun və Kolumbiya yığmasının hücumçusu Radamel Falkao Braziliyada keçiriləcək dünya çempionatında iştirak edə bilər.

Qol.Az-ın "L’Equipe"yə istinadən verdiyi məlumata görə, bu barədə futbolçunun həkimi Joze Karlos Noronyo açıqlama verib.

O, Falkaonun qarşıdakı mundialda oynaya biləcəyini deyib: "Düşünürəm ki, Falkao dünya çempionatında oynaya biləcək. Ancaq o meydana çıxmağa 100 faiz hazır olmayacaq. Bu, daha çox onun özündən asılıdır".

Qeyd edək ki, Falkao bu ilin yanvar ayında Fransa kubokunda "Mont D'Or Azerq"lə keçirilən görüşdə zədələnmişdi.


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner