"Real"ın oyunçusundan Messiyə dəstək

"Real"ın oyunçusundan Messiyə dəstək
XƏBƏR 18 Aprel 2014 / 22:10 4436
-  A +

"Real"ın futbolçusu Anxel di Mariya "Barselona"nın hücumçusu Lionel Messiyə dəstək olub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Argentina yığmasındakı komanda yoldaşının tənqid olunmasını düzgün hesab etməyib.

Di Mariyanın fikrincə, Messi hazırda da yaxşı formadadır. Sadəcə, rəqib komandanın futbolçuları onu zərərsizləşdirməyi bacarır:

"Messi çox yaxşı və sakit insandır. Əslində uğursuz oyun nümayiş etdirmir, rəqiblər onu  zərərsizləşdirir. Mətbuatda ən çox tənqid olunan Messidir. Halbuki komanda olaraq "Barsa" yaxşı oynaya bilmir. Kataloniya klubunun uğursuz çıxışının səbəbi də budur".


Son xəbərlər