"Mançester Siti" Dzeko ilə müqavilə yeniləyir

"Mançester Siti" Dzeko ilə müqavilə yeniləyir
XƏBƏR 18 Aprel 2014 / 15:54 1450
-  A +

"Mançester Siti" klubu komandanın hücumçusu Edin Dzeko ilə müqavilə yeniləməyi planlaşdırır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, rəhbərlik bosniyalı futbolçu ilə danışıqlara başlayıb.

"Mançester Siti"nin baş məşqçisi Manuel Peleqrini Dzekonun komandada qalmasının tərəfdarıdır. 28 yaşlı futbolçu ilə İtaliyanın "İnter" klubu yaxından maraqlanır. Lakin Peleqrini Dzekonu "İnter"ə satmayacaqlarını açıqlayıb.

Qeyd edək ki, Dzeko 2011-ci ildə 27 milyon avro müqabilində "Volfsburq"dan "Mançester Siti"yə transfer olunub.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə